Ramiz Mehdiyevin yaxınından 340 min manat oğurlayan qadından YENİ XƏBƏR
21 aprel 2022 09:28 (UTC +04:00)

Ramiz Mehdiyevin yaxınından 340 min manat oğurlayan qadından YENİ XƏBƏR

Bakıda külli miqdarda oğurluqda təqsirləndirilən Lamiyə Abbasovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlham Mahmudovun icraatına verilib.

Qeyd edək ki, hadisə iyulun 1-dən noyabrın 7-nə qədər, yəni, 4 ay müddətində Nəsimi rayonu Dilarə Əliyeva küçəsindəki binalardan birində qeydə alınıb. Orada yaşayan Mehdiyev Asəf Mehdiyeviçin evindən 200 000 ABŞ dolları (340 min manat) oğurlanıb. A. Mehdiyev “Şərq-Qərb” nəşriyyatının rəhbəridir. Asəf Mehdiyevin AMEA prezidenti Ramiz Mehdiyevin yaxın adamı olduğu bildirilir. Belə ki, R.Mehdiyevin əksər kitabları “Şərq-Qərb” nəşriyyatında çap olunub.

# 4308
avatar

Mehman Nəbiyev

Oxşar yazılar