"Quli" və "Lənkəranski"nin qardaşı "Rufo"ya qarşı birləşdi - YENİ FAKTLAR  - YENİLƏNİB
18 noyabr 2021 17:25 (UTC +04:00)

"Quli" və "Lənkəranski"nin qardaşı "Rufo"ya qarşı birləşdi - YENİ FAKTLAR - YENİLƏNİB

"Rufo Gəncinski” ləqəbli kriminal avtoritet Ülfət Tağıyev barədə yeni faktlar üzə çıxıb.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, "Rufo" miqrantların saxlanma məntəqəsindən çıxdıqdan sonra Moskvada özəl klinikalardan birində müayinə olunub. Məlumatlı mənbənin dediyinə görə, "Rufo" Rusiyada yaşayan azərbaycanlıların dəstəyini qazanıb.

O da məlum olub ki, indi Moskvada vaxtilə bir-biri ilə düşmən olan “Lotu Quli”nin qardaşı Namiq Səlifov və "Rövşən Lənkəranski"nin qardaşı Namiq Canıyev ona qarşı birləşiblər. 

***

Saat: 11:30

Bir qədər əvvəl 8 illik həbsdən sonra azadlığa çıxan “Rufo Gəncinski” ləqəbli kriminal avtoritet Ülfət Tağıyev Moskvadadır.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, o, Voloqdada həbsdən çıxandan sonra Moskvada miqrantlar üçün nəzərdə tutulmuş müvəqqəti məntəqədə saxlanılırdı. Onun Rusiyadan deportasiya ediləcəyi gözlənilirdi. Amma deyəsən vəziyyət son anda dəyişdi.

Etibarlı mənbələrdən sızan məlumata görə, Rufonun deportasiyası ilə bağlı hüquq-mühafizə orqanlarında fikir ayrılığı yaranıb. Nəticədə o, məntəqədən buraxılıb və hazırda Moskvada yaşayır.

Başqa bir məlumata görə, Rufonu mərhum kriminal avtoritet Rövşən Lənkəranskiyə yaxın Zaur və gürcü oğru Badri qarşılayıb. Hazırda Rufo tez-tez Moskvanın mərkəzindəki Novıy Arbat küçəsində yerləşən “Matç Point” restoranında olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11817
avatar

Mehman Nəbiyev

Oxşar yazılar