Zaqatalada qadına məxsus təqaüd kartını oğurlayan şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Göyəm kənd sakini olan qadın yaşadığı evdən ona məxsus təqaüd kartını naməlum şəxsin oğurladığını və hesabında olan 1043 manat pulun çıxarıldığını bildirib.
Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu Vüsal Ramazanov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. Araşdırma zamanı onun ayrı-ayrı vaxtlarda kartın balansında olan pulları çıxararaq öz əyləncəsi üçün xərclədiyi məlum olub.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.