Qonşular arasında dava qanla bitdi
28 iyun 2021 10:24 (UTC +04:00)

Qonşular arasında dava qanla bitdi

Sabirabad sakini qonşusunu bıçaqlayıb.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

Qonşuların davası kənd sakini, 34 yaşlı Əsədov Ramil Qəfər oğlunun bıçaqlanması ilə nəticələnib. Yaralı Şirvan xəstəxanasına yerləşdirilib.

Onların bir-birlərini oğurluqda ittiham etməsi aralarında davaya səbəb olub.

Faktla bağlı araşdırma aparılır. 

Əlibəy Zeynallı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1452
avatar

Oxşar yazılar