Qobuda narkotik satmaq istəyən həbs edildi
26 yanvar 2023 10:18 (UTC +04:00)

Qobuda narkotik satmaq istəyən həbs edildi

Abşeronda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçirilib.

Lent.az-ın məlumatına görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Babayev İsmayıl İmaməli oğlu saxlanılıb. Onun üzərindən təmiz çəkisi 17.546 qram olan psixotrop maddə metamfetamin və 80.225 qram heroin aşkarlanıb.

Məlumata görə, İ. Babayev həmin narkotikləri Qobu qəsəbəsində satacaqmış. İ. Babayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb və həbs-qətimkan tədbiri seçilib.

# 2301
avatar

Mehman Nəbiyev

Oxşar yazılar