Qısqanc ər arvadını öldürüb intihara cəhd etdi
26 yanvar 2023 16:58 (UTC +04:00)

Qısqanc ər arvadını öldürüb intihara cəhd etdi

Rusiyada 32 yaşlı rusiyalı 27 yaşlı arvadını qısqanclıq zəminində öldürdüyünü etiraf edib.

Lent.az-ın yerli KİV-ə istinadla məlumatına görə, hadisə Orlov vilayətinin Dmitrovsk şəhərində qeydə alınıb. İstintaqla müəyyən edilib ki, bu il yanvarın 20-də kişi həyat yoldaşı ilə evdə olub. Onu başqasına qısqandığı üçün bıçağı götürərək, sinə, mədə və boyun nahiyəsindən bıçaqlayıb. Baş verənləri anlayan təqsirləndirilən şəxs intihara cəhd etsə də, buna nail olmayıb.

Həmin şəxs daha sonra polisə zəng edərək qətl törətdiyini etiraf edib. O, xəstəxanaya yerləşdirilib. İndi cinayətkarın  həbsi ilə bağlı məsələ həll olunur.

# 2841
avatar

Oxşar yazılar