Qayınana 8 Martda qızını tərk edən kürəkənini bıçaqladı
09 mart 2024 15:48 (UTC +04:00)

Qayınana 8 Martda qızını tərk edən kürəkənini bıçaqladı

Rusiyanın Sankt-Peterburq şəhərində qayınana kürəkəninə hücum edərək kürəyindən bıçaqlayıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə martın 9-na keçən gecə baş verib. 52 yaşlı kişi kürəyindən bıçaq xəsarəti ilə tibb müəssisəsinə aparılıb. Zərərçəkənin dediyi kimi, qayınanası şəxsi düşmənçilik zəminində ona bıçaqla hücum edərək, kürəyindən vurub. Məlumata görə, zərərçəkən arvadını 8 Mart günü tərk edib. Bundan sonra tərəflər arasında münaqişə yaranıb. Nəticədə o, qayınanası tərəfindən bıçaq xəsarətləri alıb.

Kişiyə ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb. Təqaüdçü saxlanılıb, məlum olub ki, yaşlı Sankt-Peterburqlu qadın ağır depressiyadan əziyyət çəkir və psixiatriya xəstəxanasına yerləşdirilib.

# 5514
avatar

Oxşar yazılar