Ağdaşda qardaşını bıçaqlayıb öldürən Ülkər Ələkbərovanın cinayət işi üzrə ibtidai istintaq tədbirləri başa çatıb.
Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rəşid Hüseynovun icraatına verilib.
Qeyd edək ki, hadis ötən il noyabr ayında Ağdaş rayonunda baş verib. 33 yaşlı kənd sakini Xancan Umarovun bıçaqlanaraq öldürülməsi barədə hüquq mühafizə orqanlarına məlumat daxil olub. Dərhal hadisə yerinə Ağdaş rayon polis və prokurorluq əməkdaşları cəlb edilib.
Əraziyə və meyitə baxış keçirilib. Araşdırmalar zamanı məlum olub ki, zərərçəkmiş şəxsin bacısı 24 yaşlı Ülkər Ələkbərova qardaşı Xancan Umarovla şəxsi münasibətlər zəminində mübahisə edib.
Aralarında yaranmış mübahisə zamanı Ülkər Xancana bıçaqla xəsarətlər yetirib. Çoxsaylı bıçaq xəsarətləri alan Xancan Umarov hadisə yerində keçinib.
Ülkər Ələkbərova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Faktla bağlı Ağdaş rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.