Qapıda qalan qonaq evi yandırıb 2 nəfəri öldürdü
05 dekabr 2024 10:40 (UTC +04:00)

Qapıda qalan qonaq evi yandırıb 2 nəfəri öldürdü

Rusiyanın Kemerovo vilayətinin Belovo şəhər sakini evi yandıraraq, iki nəfəri öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, dekabrın 3-də o, dostunu ziyarət etmək istəyib, lakin evə buraxılmayıb. Evdə dostu, anası və arvadının olduğunu bildiyi üçün kin saxlayan hücumçu yardımçı tikiliyə od vurub.

Alov qısa müddətdə evə keçib. Yanğını və tüstünü görən dostun arvadı küçəyə qaçmağa müvəffəq olub və qonşular yanğınsöndürənləri çağırıblar. Ev sahibini və onun yaşlı anasını xilas etmək mümkün olmayıb. Yanğın törədən şəxs saxlanılıb və faktla bağlı cinayət işi açılıb. Dindirilmələr zamanı həmin şəxs törətdiyi cinayətdə təqsirli olduğunu etiraf edib və nəzarətə götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2631
avatar

Oxşar yazılar