Polis kişini lomla vurub öldürdü
29 fevral 2024 12:27 (UTC +04:00)

Polis kişini lomla vurub öldürdü

Rusiyanın Perm vilayətində polis küçədə tanımadığı şəxslə əlbəyaxa olub və onu lomla öldürüb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, 22 yaşlı polis serjantı fevralın 19-dan xəstəlik məzuniyyətinə çıxıb. Vətən Müdafiəçisi Günündə o, küçədə gəzmək palatadan çıxıb. Orada 45 yaşlı kişi ilə münaqişə yaşayıb. Şifahi mübahisə az sonra davaya çevrilib. Lakin polis rəqibin başına lomla bir zərbə vurmaqla işi bitirmək qərarına gəlib.

Zərərçəkmiş xəstəxanaya çatdırılıb, ona beyində əzik və şişkinlik diaqnozu qoyulub. Adam komaya düşüb və elə həmin gün dünyasını dəyişib.

Məlumata görə, serjant barəsində qəsdən sağlamlığa ağır xəsarət yetirmə, nəticədə ölümlə nəticələnən cinayət işi açılıb. Polis həbs edilib. Onu 15 ilə qədər həbs gözləyir.

# 3507
avatar

Oxşar yazılar