Polis axtarışda olan 43 nəfəri saxladı - KRİMİNAL XRONİKA
03 sentyabr 2022 12:34 (UTC +04:00)

Polis axtarışda olan 43 nəfəri saxladı - KRİMİNAL XRONİKA

Sentyabrın  2-də ölkə ərazisində qeydə alınan 68,  əvvəlki dövrlərdən bağlı qalan 29 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-dən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.    

Narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.

# 1989
avatar

Oxşar yazılar