"Papanin" və "Kubinka"da XÜSUSİ ƏMƏLİYYAT:  saxlanılanlar var - VİDEO
29 sentyabr 2022 12:00 (UTC +04:00)

"Papanin" və "Kubinka"da XÜSUSİ ƏMƏLİYYAT: saxlanılanlar var - VİDEO

Bakıda narkotiklərin qanunsuz dövriyyəsi və oğurluqlara qarşı daha bir əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gecə rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində, eləcə də, Şamil Əzizbəyov, Hüseynbala Əliyev, Namiq Məlikov küçələrində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan daha 8 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılan şəxslər ifadələrində narkotiklərin sosial şəbəkələr vasitəsilə onlayn yolla alqı-satqısını həyata keçirdiklərini bildiriblər.

Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı paytaxt ərazisində evlərdən silsilə oğurluqlar edən İlkin Salayev tutulub. Ətrafında aparılan araşdırmalar zamanı onun Nəsimi rayonu və paytaxtın digər ərazilərində 18 evdən pul, qızıl-zinət və digər qiymətli əşyalar oğurladığı məlum olub.

Faktlarla bağlı toplanan materiallar Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Adları çəkilən şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, əməliyyatlar davam etdirilir.

# 2814
avatar

Oxşar yazılar

Şağan İdman Olimpiya Kompleksində QƏTL:   yarışçı söyüşə görə...  - YENİLƏNİB

Şağan İdman Olimpiya Kompleksində QƏTL: yarışçı söyüşə görə... - YENİLƏNİB

26 noyabr 2022 , 19:45
Bakı metrosunda "cibgir" saxlanıldı

Bakı metrosunda "cibgir" saxlanıldı

26 noyabr 2022 , 14:41
Gəncədə keçmiş məhkum adam bıçaqladı

Gəncədə keçmiş məhkum adam bıçaqladı

26 noyabr 2022 , 12:39
Tapılan avtomat

Mingəçevirdə avtomat satan tutuldu - FOTO

26 noyabr 2022 , 09:25
Məktəbli dönərçini bıçaqladı

Məktəbli dönərçini bıçaqladı

25 noyabr 2022 , 18:47
Bakıda arvadı ilə dalaşan kişi 2 yaşlı oğlunu bıçaqladı

Bakıda arvadı ilə dalaşan kişi 2 yaşlı oğlunu bıçaqladı

25 noyabr 2022 , 17:05
Bakının bu rayonunda KÜTLƏVİ HƏBSLƏR:  61 nəfər... - VİDEO

Bakının bu rayonunda KÜTLƏVİ HƏBSLƏR: 61 nəfər... - VİDEO

25 noyabr 2022 , 14:38
Bakıda gənc qızı kirayədə qaldığı evdə zorladılar - ŞOK

Bakıda gənc qızı kirayədə qaldığı evdə zorladılar - ŞOK

25 noyabr 2022 , 12:44