Oğrular kəndin poçt şöbəsini qarət etdilər
08 aprel 2021 10:49 (UTC +04:00)

Oğrular kəndin poçt şöbəsini qarət etdilər

Masallıda poçt şöbəsindən seyf oğurlayanlar saxlanılıb

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, gecə saatlarında Masallı rayonunun Türkoba kəndindəki poçt şöbəsindən içərisində POS terminal, əmək haqqı kartları, təqvim möhürü və s. olan dəmir seyfin oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinənlər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların rayonun Türkoba kənd sakinləri A.Mirağayev və F.Əbilov olduqları müəyyən edilib. Oğurladıqları seyf içərisindəki əşyalarla birlikdə onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2487
avatar

Mehman Nəbiyev

Oxşar yazılar