Naxçıvanda kişini bıçaqla hədələyib videosunu çəkənlər saxlanıldı
07 mart 2024 12:35 (UTC +04:00)

Naxçıvanda kişini bıçaqla hədələyib videosunu çəkənlər saxlanıldı

Naxçıvan polisi tərəfindən keçirilmiş təxirəsalınmaz tədbirlərlə cinayətkar qrup halında Naxçıvan şəhər sakini Orxan Qurbanovu (ad şərtidir) bıçaqla hədələyən, şəhər ərazisindən kənarda güc tətbiq edərək, video çəkilişini aparan şəxslər saxlanılıb.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ordubad rayon Nüsnüs kənd sakinləri, Hüseynov Leysan, Hüseynov Firqət, Quliyev Ülvi, Quliyev Bayram saxlanılaraq istintaq təhvil verilib.

Təqsirləndirilən şəxslər barəsində CM-in 221.2.1 və 221.3-cü maddələri ilə cinayət işi başlanılmış və onlara qeyd olunan maddələr ilə ittiham elan edilərək barələrində həbs qətimkan tədbiri seçilib

Hazırda həmin dəstənin qeyri-qanuni fəaliyyətinə dair halların dəqiqləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

# 3924
avatar

Oxşar yazılar