Naxçıvanda ər arvadını öldürüb
23 yanvar 2023 16:22 (UTC +04:00)

Naxçıvanda ər arvadını öldürüb

Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini Vüsalə Hüseynovanın öldürülməsi ilə bağlı cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Şərur rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, İstintaq zamanı Elnur Cəfərovun arvadı Vüsalə Hüseynovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elnur Cəfərova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə)  maddəsilə ittiham elan edilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3290

Oxşar yazılar