Mülk üstündə qardaşını öldürdü, məhkəməsi başlayır
12 fevral 2021 18:06 (UTC +04:00)

Mülk üstündə qardaşını öldürdü, məhkəməsi başlayır

Qəbələdə qardaşını öldürən Rəhimov Ramil Vəli oğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rəşid Hüseynovun icraatına verilib.

Xatırladaq ki, hadisə ötən ilin iyul ayında  Qəbələnin Vəndam qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Rəhimov Ramil Vəli oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı qardaşı, 62 yaşlı Rəhimov Azər Vəli oğluna ov tüfəngindən atəş açıb. Ağır xəsarətlər alan A. Rəhimov ölüb.

Hadisənin mülk üstündə olduğu kənd sakinləri və ölənin yaxınları tərəfindən söylənilir. İlkin versiyaya görə, qardaşlar "Su Tayı" turizm kompleksini bölüşdürə bilməyiblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2172
avatar

Mehman Nəbiyev

Oxşar yazılar