Asəf Ocaqov
23 aprel 2022 14:27 (UTC +04:00)

Asəf Ocaqov

Mühafizəçinin başını yarıb pencəyini aldı - FOTO

Xaçmazda şadlıq evinin mühafizəçisinə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, naməlum şəxs hadisə zamanı zərərçəkənin baş nahiyəsinə xəsarət yetirib. 

Amma o, quldurluq yolu ilə pul, eləcə də başqa qiymətli əşya tapa bilməyib və mühafizəçinin pencəyini götürərək hadisə yerindən qaçıb.
 
Faktla bağlı məlumat daxil olan kimi Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkənin izahatı alınıb. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənin şəxsiyyəti qısa zamanda müəyyənləşdirilib. Əməliyyat zamanı həmin şəxs – əvvəllər məhkum olunmuş Quba rayon sakini Asəf Ocaqov saxlanılaraq istintaqa təqdim edilib.

A.Ocaqov ifadəsində törətdiyi cinayəti etiraf edib.
 
Faktla bağlı Xaçmaz  RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

# 2232
avatar

Mehman Nəbiyev

Oxşar yazılar