"Mühafizə rəisi" zirzəmidə yaşayan adamı aldadıb 2 min manatını aldı
18 fevral 2021 09:36 (UTC +04:00)

"Mühafizə rəisi" zirzəmidə yaşayan adamı aldadıb 2 min manatını aldı

Mingəçevirdə dələduzluq hadisəsi olub.

Lent.az-ın məlumatına görə, şəhərin AzDres adlanan ərazisində, 9 mərtəbəli binanın zirzəmisində yaşayan Kəlbəcər rayon sakini, işsiz Alməmmədzadə Sübhan dələduzluqla üzləşib. Belə ki, özünü mühafizə rəisi kimi təqdim edən Hafiz Mikayılov adlı şəxs ondan dəir yoluna fəhlə işinə düzəltmək adı ilə 2 min manat pul alaraq yoxa çıxıb.

Faktla bağlı yerli polis orqanına müraciət olunub.

# 2049
avatar

Mehman Nəbiyev

Oxşar yazılar