Mərdəkanda kişi bıçaqlandı
22 aprel 2023 10:53 (UTC +04:00)

Mərdəkanda kişi bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, aprelin 21-də saat 23 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsindən paytaxt sakini Elşad Məmmədovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Şuşa şəhər sakini Zaur Xanəliyev müəyyən edilərək saxlanılıb.

Həmin şöbədə araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3080

Oxşar yazılar