Türkiyədə məktəbə basqın olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhərində Karatay qəsəbəsində yerləşən İmam Hatip məktəbində qeydə alınıb.
Naməlum silahlı şəxs məktəbə girərək, müəllim Məhəmməd Özə atəş açıb. Nəticədə müəllim dünyasını dəyişib.
Polis hadisəni törədəni saxlayıb, araşdırma aparılır.