"Lotu Quli"nin yaxın adamı dələduzluqda  ittiham olunur
11 oktyabr 2024 17:49 (UTC +04:00)

"Lotu Quli"nin yaxın adamı dələduzluqda ittiham olunur

Rusiyanın Stavropol diyarında prokurorluq 61 yaşlı “qanuni oğru” “Puxlıy” ləqəbli Vladimir Jurakovskiyə qarşı ittiham aktını təsdiqləyib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, o, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 210.1-ci (cinayət iyerarxiyasında ən yüksək mövqe tutma) və 159-cu (dələduzluq) maddələri ilə ittiham olunur. Belə ki, Jurakosvki 2014-cü ildə həyat yoldaşının xəstə olması bəhanəsi ilə tanışından 200 min rubl borc alıb və sonradan onu qaytarmayıb.

Məlumata görə, “Puxlıy” 2001-ci ildə cinayət iyerarxiyasında ən yüksək mövqe tutub və “qanuni oğru” elan edilib. O, 20 ildən artıq müddətdə Stavropol diyarında fəaliyyət göstərən kriminal elementləri idarə edərək, vəsaitlərin yığılmasını təşkil edib. Həmçinin kriminal subkulturaya dəstək verən insanlar arasında mübahisəli situasiyaları həll edib və əldə olunan gəlirləri kriminal aləmin ehtiyaclarına köçürüb.

Cinayət işi mahiyyəti üzrə baxılması üçün Stavropol Vilayət Məhkəməsinə göndərilib.

Qeyd edək ki, "Puxlıy" mərhum azərbaycanlı "qanuni oğru" "Lotu Quli" ləqəbli Nadir Səlifovun yaxın adamlarından biri olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3429
avatar

Mehman Nəbiyev

Oxşar yazılar