“Lotu Quli”nin adamı  daha 2 ay həbsdə qaldı
14 aprel 2023 14:54 (UTC +04:00)

“Lotu Quli”nin adamı daha 2 ay həbsdə qaldı

“Lotu Quli” ləqəbli mərhum "qanuni oğru" Nadir Səlifovun sağ əli sayılan “Diki Arman” ləqəbli qazaxıstanlı "qanuni oğru" Arman Cumagəldiyevin həbs müddəti uzadılıb. 

Lent.az-ın məlumatına görə, Arman bu günlərdə həbsdən azad edilməli idi. Amma Almatı şəhər məhkəməsi onu daha 2 ay həbsdə saxlayıb. 

Qeyd edək ki, “Diki Arman” “Lotu Quli” öldürüləndən sonra bir müddət Türkiyədə yaşamışdı. 2022-ci il yanvarın 7-də Almatıda saxlanılıb. O, həmin il baş verən iğtişaşların təşkilində ittiham edilir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2878

Oxşar yazılar