Kriminal avtoritet Həsənov həbsxanada məhbusu xilas etdi
19 avqust 2025 14:55 (UTC +04:00)

Kriminal avtoritet Həsənov həbsxanada məhbusu xilas etdi

Rusiyada kriminal avtoritet Marsel Həsənov ötən il Moskvadakı istintaq təcridxanasında münaqişəli vəziyyəti həll etməklə bir məhbusun həyatını xilas edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisənin təfərrüatlarını Həsənovun cinayət işi üzrə dindirilməsi aparılan gizli şahid Sverdolvsk vilayət məhkəməsində danışıb.

Şahidin sözlərinə görə:

“İki məhbus arasında münaqişə baş verdi. Onlardan biri üçün hər şey çox pis nəticələnə bilərdi. Həsənov müdaxilə etdi, vəziyyəti yoluna qoydu. Münaqişənin iştirakçıları onu dinlədilər. Ola bilsin ki, həmin iştirakçılar Sverdolvsk vilayətindən idi. Mən təfərrüatları bilmirəm, bu barədə mənə ətrafımdakı insanlar danışmışdılar. Onlar bu hadisəni mənə təsvir etdilər ki, lazım gələrsə, Həsənova müraciət edə bilim”, — deyə şahid bildirib.

Məhkəmədə səsləndirilən məlumatlara əsasən, ittiham olunan Həsənov ötən il Şakro Molodoy (Zaxariy Kalaşov) və Badri Kutaiski (Koguashvili) tərəfindən “smotryaşiy” (nəzarətçi) təyin edilib. Bundan başqa, şahidin iddiasına görə, Həsənov Yekaterinburqdakı İK-10 və Kamenskdəki İK-47 saylı həbsxanalarda saxlanılan məhbuslara pul göndərirmiş.

Marsel Həsənov bütün deyilənləri inkar edir. Onu qışda saxlayıblar və ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci maddəsi — cinayətkar aləmdə yüksək mövqe tutma ittihamı irəli sürülüb.

İstintaq təcridxanasında olduğu müddətdə Həsənova daha iki cinayət işi açılıb. Onu müəssisə əməkdaşını təhqir etməkdə və hədələməkdə günahlandırıblar. Marsel bu ittihamlarla da razılaşmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478

Oxşar yazılar