Körpələr evində qadını öldürən polisdən YENİ XƏBƏR
19 noyabr 2021 09:25 (UTC +04:00)

Körpələr evində qadını öldürən polisdən YENİ XƏBƏR

Sabirabadda körpələr evində qətl törədən polis nəfəri Əliağa Sultanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatıan görə, cinayət işi üzrə toplanan materiallar baxılmasıüçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim İlkin Abdullayevin icraatına verilib.

Məhkəmə prosesinin hazırlıq iclası noyabrın 30-da keçiriləcək.

Qeyd edək ki, iyulun 22-si saat 13 radələrində Sabirabad rayon sakini 54 yaşlı Mübarək Ağayevanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaq hərəkətləri və keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, 26 yaşlı Sabirabad Mühafizə Şöbəsinin polis nəfəri Əliağa Sultanov bu il iyulun 21-də saat 21 radələrində Mübarək Ağayevanın yaşadığı və gözətçi işlədiyi 6 saylı körpələr evində sonuncunun məskunlaşdığı otaqda şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı ona kəsici-deşici və küt alətlərlə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürüb.

Əliağa Sultanov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2619
avatar

Mehman Nəbiyev

Oxşar yazılar