Rusiyanın Moskva vilayətində kişi arvadını diri-diri yandırıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, 33 yaşlı Noqinsk sakini Moskva vilayətində saxlanılıb və o, həyat yoldaşını öldürməkdə şübhəli bilinir. Qeyd olunur ki, kişi arvadı ilə tez-tez məişət məsələlərində mübahisə edib.
Qeyd olunur ki, noyabrın 3-də Moskva vilayətinin sakini növbəti qalmaqala dözməyib, qadına benzin töküb və yataqxanada yandırıb. Zərərçəkmiş ağır yanıq xəsarətləri ilə reanimasiyaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.
Hazırda araşdırma aparılır.