Rusiyanın Tümen vilayətində kirayəçi mənzil sahibini bıçaq və çəngəl ilə öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə 2024-cü il mayın 11-də axşam saatlarında Borovski kəndində baş verib. 42 yaşlı kişi kirayədə qaldığı mənzildə sərxoş vəziyyətdə ev sahibinin bədəninin müxtəlif nahiyələrinə çəngəl və bıçaqla 50-dən çox zərbə vurub. Aldığı xəsarətlər nəticəsində 69 yaşlı qadın hadisə yerində dünyasını dəyişib.
Həmin şəxs qaçmağa tələssə də, tezliklə saxlanılıb. Cinayətkarın işi məhkəməyə veriləcək.