Gəncədə məktəblini bıçaqlayan şəxs tutulub.
Bu barədə DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov Lent.az-a bildirib.
Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən M.Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ötən gün Gəncədə bıçaqlanma hadisəsi baş verib. Şəhərin Məhsəti qəsəbəsində yerləşən 21 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi 8-ci sinif şagirdini bıçaqlayıb.
Hadisənin dərsdən sonra baş verdiyi bildirilir.