Kirayədə yaşadığı evdən külli miqdarda narkotik tapıldı
30 mart 2021 12:32 (UTC +04:00)

Kirayədə yaşadığı evdən külli miqdarda narkotik tapıldı

Xəzər rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Masallı rayon sakini A.Ağabalayevin Xətai rayonundakı kirayədə yaşadığı mənzilə baxış keçirilib.

Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, oradan 1 kiloqram 147 qramdan artıq heroin, 72 qramdan artıq tiryək və 14 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

# 861
avatar

Mehman Nəbiyev

Oxşar yazılar