Kənddə  QULDURLUQ:   Bıçaqla hədələyib...
12 yanvar 2022 10:19 (UTC +04:00)

Kənddə QULDURLUQ: Bıçaqla hədələyib...

Şəmkirdə kənd sakininə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə soyuq silah qismində istifadə edilən əşya ilə zor tətbiq etməklə vətəndaşın pulunu və şəxsi əşyalarını ələ keçirməkdə şübhəli bilinən Elmar Əliyev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs silah qismində istifadə etdiyi bıçaqla həmkəndlisinə həyat və sağlamlıq üçün zor tətbiq edəcəyi hədəsi ilə 23 manat nağd pul, 1 ədəd 35 manat dəyərində mobil telefon və bir ədəd 30 manat dəyərində təsbehi quldurluq yolu ilə mənimsəyib.

Saxlanılan şəxs maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.

# 1380
avatar

Mehman Nəbiyev

Oxşar yazılar