Keçmiş məhkumun evindən "Kalaşnikov" tapıldı
20 yanvar 2023 17:25 (UTC +04:00)

Keçmiş məhkumun evindən "Kalaşnikov" tapıldı

Ağcabədidə evdən odlu silah tapılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında əməliyyat-axtarış tədbiri keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş H.Əhmədovun evinə baxış zamanı oradan nömrəsi silinmiş “AK-74” markalı avtomat silahı, 4 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3091

Oxşar yazılar