Keçmiş məhkum oğurluğa görə tutuldu
12 fevral 2021 12:41 (UTC +04:00)

Keçmiş məhkum oğurluğa görə tutuldu

İmişlidə mağazadan oğurluq edilib.

Lent.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 9-da rayon ərazisindəki mağazalardan birindəki seyfdən 12.800 manat pul oğurlanıb.

İmişli rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş H.Rüstəmov saxlanılıb.

# 1632
avatar

Mehman Nəbiyev

Oxşar yazılar