Ağsu sakinindən götürülən avtomat
20 may 2021 10:11 (UTC +04:00)

Ağsu sakinindən götürülən avtomat

Keçmiş məhkum "Kalaşnikov"la tutuldu - FOTO

Ağsuda keçmiş məhkumdan“Kalaşnikov” avtomatı götürülüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, əvvəllər dəfələrlə məhkum olunmuş şəhər sakini Rauf Şərifovun odlu silah-sursat gəzdirməsi və saxlaması barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Ağsu rayonu ərazisində saxlanılıb.

Onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, həmin silaha məxsus sandıqça və 30 ədəd patron aşkar edilərək götürülüb. R.Şərifov ifadəsində silah-sursatın ona məxsus olduğunu və bir neçə il öncə tapdığını bildirib.

Faktla  bağlı Ağsu rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Avtomat götürülən Rauf Şərifov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1392
avatar

Mehman Nəbiyev

Oxşar yazılar