Keçmiş bələdiyyə sədri kəndin girişində öldürüldü
15 aprel 2023 18:43 (UTC +04:00)

Keçmiş bələdiyyə sədri kəndin girişində öldürüldü

Türkiyənin Çorum rayonunda qətl hadisəsi olub.

Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, hadisə İydəli kəndinin girişində baş verib. Ömər T. və Əhməd T. kəndin keçmiş bələdiyyə sədri 67 yaşlı Seyid Aktaşı və oğlu Muradı güllələyiblər. Nəticədə S. Aktaş yerləşdiyi xəstəxanada keçinib. Oğlunun isə həyat xilas edilib.

Hadisəni törədənlərdən Ömər T. saxlanılıb, digərinin isə axtarışları davam edir.

Məlumata görə, hadisəyə səbəb tərəflər arasında əvvəldən olan pul məsələdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3977

Oxşar yazılar