Kafedə qətl törədən  azərbaycanlıya cəza verildi
04 fevral 2025 11:19 (UTC +04:00)

Kafedə qətl törədən azərbaycanlıya cəza verildi

Rusiyada qətl törədən azərbaycanlıya hökm oxunub.

Lent.az yerli mediaya istinadla bildirir ki, Sankt-Peterburq şəhərinin Nevski rayon Məhkəməsi 59 yaşlı Oruc Musayev barəsində 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Bundan əlavə, o, mərhumun ailəsinə 600 min rubl təzminat ödəməlidir.

Qeyd olunur ki, hadisə 2023-cü ilin dekabrında Sortirovoçnaya dəmir yolu stansiyası yaxınlığındakı “Şaverma” adlı kafedə baş verib. İstintaq müəyyən edib ki, sərxoş olan Musayev 38 yaşlı kişiyə döş qəfəsi, sifət və əllərinə azı 5 bıçaq zərbəsi vurub. Zərərçəkmiş xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 657

Oxşar yazılar