İtkin düşən kişinin  MEYİTİ TAPILDI:   öldürüb basdırdı
04 oktyabr 2022 10:59 (UTC +04:00)

İtkin düşən kişinin MEYİTİ TAPILDI: öldürüb basdırdı

Sumqayıtda qətl hadisəsi olub.

Şəhər Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, sentyabrın 14-ü Sumqayıt şəhər Polis İdarəsinə 81 yaşlı Nadir Rzayevin itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla zərərçəkmişin tanışı 45 yaşlı Samir Abbasovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nadir Rzayevi boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Samir Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə isə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə cari il avqustun 14-də 81 yaşlı Nadir Rzayevin Sumqayıt şəhərində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmaması barədə müraciət daxil olub.

Polis əməkdaşları tərəfindən onun yerinin müəyyən olunub tapılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirlərinə başlanılıb. 

Oktyabrın 3-də saat 19 radələrində N.Rzayevin üzərində zorakılıq əlamətləri olan meyitinin evinin həyətində basdırılmış vəziyyətdə tapılması ilə əlaqədar şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Abbasovun N.Rzayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.  

S.Abbasov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

# 4284
avatar

Oxşar yazılar

Fahişə kimi evinə gətirdiyi kişi çıxdı: 10 bıçaq zərbəsi... - Bakıda ŞOK CİNAYƏT

Fahişə kimi evinə gətirdiyi kişi çıxdı: 10 bıçaq zərbəsi... - Bakıda ŞOK CİNAYƏT

8 dekabr 2022 , 20:15
Azərbaycanda adam öldürüb qaçan  aeroportda TUTULDU

Azərbaycanda adam öldürüb qaçan aeroportda TUTULDU

8 dekabr 2022 , 14:00
Bakıda 100 minlik QULDURLUQ:  maşında tutuldular

Bakıda 100 minlik QULDURLUQ: maşında tutuldular

8 dekabr 2022 , 13:26
Daha bir rayonda KÜTLƏVİ HƏBSLƏR:   19 nəfər... - FOTO

Daha bir rayonda KÜTLƏVİ HƏBSLƏR: 19 nəfər... - FOTO

8 dekabr 2022 , 12:30
Axtarışa verilən 154 nəfər saxlanıldı

Axtarışa verilən 154 nəfər saxlanıldı

8 dekabr 2022 , 11:41
Azərbaycanda maskalı şəxslər sürücüyə hücum etdilər - FOTO

Azərbaycanda maskalı şəxslər sürücüyə hücum etdilər - FOTO

8 dekabr 2022 , 09:19
3 uşaqlı qadın övladlarının gözü önündə öldürüldü - YENİLƏNİB  -FOTO

3 uşaqlı qadın övladlarının gözü önündə öldürüldü - YENİLƏNİB -FOTO

8 dekabr 2022 , 01:46
Axtarışda olan 87 nəfər  tutuldu

Axtarışda olan 87 nəfər tutuldu

7 dekabr 2022 , 10:40