İtkin düşən 12 yaşlı oğlanı öldürüb çaya atdılar
18 noyabr 2023 18:21 (UTC +04:00)

İtkin düşən 12 yaşlı oğlanı öldürüb çaya atdılar

0

Krasnoyarsk diyarının Açinsk şəhərində itkin düşən 12 yaşlı uşağın meyiti tapılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, uşağın itkin düşməsi barədə məlumatı noyabrın 17-də anası verib. Onun sözlərinə görə, oğlu məktəbə gedib və bir daha geri qayıtmayıb.

Uşağın meyiti noyabrın 18-də Açinsk sərhədləri daxilində Mazulka çayında tapılıb. Onun üzərində bıçaq yarası aşkar ediblər.

Bildirilir ki, faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6593

Oxşar yazılar