Fevralın 26-da Şəki şəhəri ərazisində fəaliyyət göstərən məhdud məsuliyyətli cəmiyyətlərdən birinə məxsus “Mercedes” markalı avtomobildən 14072 manat pul oğurlanıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Şəki şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən həmin cəmiyyətin işçisi F.Əliyev saxlanılıb.
Ondan həmin pulla aldığı “Nissan” markalı avtomobil maddi sübut kimi götürülüb.