İki qatil həbsdə dost oldu:  "Morq" canavarı" və...
13 aprel 2022 16:15 (UTC +04:00)

İki qatil həbsdə dost oldu: "Morq" canavarı" və...

Dəhşətli qətl törədən polis Ueyn Kuzens və yüzlərlə meyiti cinsi istismar edən Devid Fuller həbsxanada bir araya gəlib. “Qəribə ikili"nin dostluqları insanları heyrətə salır. 

Britaniyanın ən məşhur iki qatili...

Lent.az-ın məlumatına görə, Devid Fullerin məhkəməsi “morq" canavarı" kimi tanınırdı. Onun törətdiyi qətllər uzun müddətdir üstü açılmayanlar sırasında idi. O, cinayətlərə görə ömürlük, şəhər xəstəxanasında meyitlərə etdiyi cinsi istismara görə isə 12 il həbs cəzasına məhkum edilib. 

Axtarış zamanı onun evində 4 ədəd disk tapılmışdı. Bu disklərin içində cəsədlərə qarşı etdiyi hərəkətlərin videoları var idi. 

Keçən ilin noyabr ayında tutulan Fullerin cinayətləri bu qədər uzun zaman necə davam etdirə bildiyi barəsində araşdırma başlayıb. 

Digər qatil Ueyn Kuzensin etdikləri isə ölkəni şoka salmışdı. Keçən ilin fevral ayında evə dönərkən yoxa çıxan Sarah Everardın cansız bədəninin qalıqları 2021-ci ilin martında meşəlik bir ərazidə tapılmışdı. 

Məhkəmədə təqdim edilən dəlillərə və şahidlərin ifadələri nəticəsində Kuzensin cinayətləri törətdiyi təsdiq edilmişdi. Onun gənc qadını polis vəsiqəsini göstərərək qollarını qandalladığı və məcburi avtomobilə mindirdiyi aşkarlanıb. O, qadına təcavüz edib, sonra boğaraq qətlə yetirib. Kuzens Everardın meyitini yandıraraq yaşıl torbalarda meşəliyə atıb. Sarahın ailəsi ilə vidalaşmağa cəsədi belə qalmamışdı. 

İndi isə bu iki cinayətkar “HMP Frankland həbsxanasında” dost olublar. İnsanlar bu qorxunc qatilləri “qəribə ikili” adlandırırlar. 

Ueyn Kuzens

Devid Fuller

Sarah Everard
 

# 2493
avatar

Sevinc Fərid

Oxşar yazılar