Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir gündə iki marketdən oğurluq edən rayon sakinləri saxlanılıb.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəlilabad rayonunun Qarazəncir kəndində yerləşən bir marketdən axşam saatlarında ümumilikdə 888 manat dəyərində nağd pul və tütün məmulatlarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri R.Bağırov, M.Verdiyev və E.Bağırov saxlanılıb. Aparılan araşdırmalarla onların həmin gün rayon ərazisindəki daha bir marketdən oğurluq etdikləri müəyyən olunub. Saxlanıldıqdan sonra R.Bağırovun üzərinə keçirilən baxış zamanı ondan 1 ədəd “beşbarmaq” adlanan soyuq silah aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır