Zaqatalada 2 nəfər bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, araşdırmalarla xəstəxanaya yerləşdirilənlərin Aşağı Tala kənd sakinləri Səfər Zeynalov və Elçin Qaziyev olmaları, münaqişə zəminində həmkəndliləri İslam Ömərov tərəfindən bıçaqlanmaları müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə İ.Ömərov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.