İcra başçısının müavini kəndlini GÜLLƏLƏDİ
19 iyul 2025 19:10 (UTC +04:00)

İcra başçısının müavini kəndlini GÜLLƏLƏDİ

Dağıstanın Novolakski rayon icra başçısının müavini Rüstəm Süleymanov travmatik silahla yerli sakin Qurban Hüseynova atəş açıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, onun icarəyə götürdüyü torpaq sahəsini boşaltması ilə bağlı məhkəmə iclasından sonra Hüseynov torpaq komitəsinin üzvü olan Süleymanovun evinə gəlib.

Kişi belə bir məhkəmədən təsirlənməyib. Əvvəlcə Qurban uzun müddət torpaq komitəsinin üzvü olan Süleymanovla telefonda mübahisə edib, sonra isə birbaşa onun ünvanına gəlib icra başçısının müavinini hədələməyə başlayıb. Rüstəm özünü müdafiə etmək məqsədilə travmatik silah götürüb dava salanın bud nahiyəsinə atəş açıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656

Oxşar yazılar