Həbsxananı yanğından qoruyan "qanuni oğru"ya RƏDD CAVABI
17 fevral 2022 19:20 (UTC +04:00)

Həbsxananı yanğından qoruyan "qanuni oğru"ya RƏDD CAVABI

Moskva Apellyasiya Məhkəməsi 55 yaşlı “qanuni oğru” Sumbat Abbasovun apellyasiya şikayətini təmin etməyib.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, Abbasov 2020-ci ilin sonunda Ukrayna sərhədini qeyri-qanuni keçməkdə günahkar bilinir.

Bundan başqa o, cinayətkar qruplaşma yaratmaqda ittiham olunur.

Kriminal aləmdə “Sumbat Tbilisiski” kimi tanınan “qanuni oğru” milliyətcə yezidi kürddür.

Qeyd edək ki, məlumata görə, o, cəza çəkdiyi həbsxananın yandırılmasının qarşısını alıb. Həbsxanada baş verən qanunsuzluqlara qarşı etiraz edən gənc dustaqlar yanğın törətmək istəsə də, onların qarşısına çıxan Abbasov buna imkan verməyib.

Sumbat Abbasov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3417
avatar

Mehman Nəbiyev

Oxşar yazılar