2025-ci il iyunun 19-dan 20-nə keçən gecə Rusiyanın Omsk şəhərinin Sovet inzibati rayonunda yerləşən Bereqovoy kəndindəki yataqxanada qətl hadisəsi baş verib.
Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, istintaqla müəyyən edilib ki, həmin gün səhər saatlarında cəzaçəkmə müəssisəsindən azadlığa çıxan 52 yaşlı vətəndaş 60 yaşlı kişini bıçaqlayaraq öldürüb.
İlkin məlumata görə, hadisəyə səbəb zərərçəkənin qonşu otağın qapısını ucadan döyməsi olub. Nəticədə qonşular arasında münaqişə yaranıb. Bu zaman həbsdən yeni çıxan qadın onun döş qəfəsinə deşici yara vurub və o, hadisə yerində ölüb.
Meyit gecə yarısı Petr Kosenkov küçəsində yerləşən yataqxananın girişində aşkar edilib. İstintaq Komitəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açıb.
Əldə olan məlumata görə, şübhəli şəxs saxlanılıb və ona qarşı rəsmi ittiham irəli sürülüb. İstintaq orqanlarının vəsatəti əsasında məhkəmə həbs qətimkan tədbirinin tətbiqi barədə qərar qəbul edib.