Dəm qazından ölən müəllimə Leyla Məmmədova
09 mart 2021 15:59 (UTC +04:00)

Dəm qazından ölən müəllimə Leyla Məmmədova

Gəncədəki dəhşətli faciənin TƏFƏRRÜATI: Müəllim və iki uşağı...

Xırdalan şəhər 2 saylı tam orta məktəbin müəllimi Leyla Məmmədova və 2 uşağının Gəncədə zəhərlənib ölməsi ilə bağlı bəzi məlumatlar ortaya çıxıb.

Adı çəkilən məktəbin direktor müavini Nərgiz xanım Lent.az-a bildirib ki, mərhumə L.Məmmədova 8 ilə yaxındır həmin məktəbin ibtidai siniflərinə ingilis dilini tədris edib. Onun ata evi Xırdalanda, elə məktəbin yanında olub. Gəncə şəhərinə gəlin köçüb. Ancaq buna baxmayaraq, yenə də 2 saylı məktəbdə həftədə 2 dəfə pedaqoji fəaliyyətini davam etdirib. Bayram günləri və tətillərdə Gəncəyə gedirmiş. Taksi sürücüsü olan həyat yoldaşı da Leyla üçün tez-tez Xırdalana gəlirmiş.

Qeyd edək ki, martın 8-də saat 9 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ərazisində 3 nəfər şəxsin meyitinin yaşadıqları evdə aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilərək, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən olunub ki, 34 yaşlı Məmmədova Leyla Yunis qızı, onun 2 uşağı, 6 yaşlı Xədicə Məmmədova və 7 yaşlı Murad Məmmədovla birlikdə yaşadıqları mənzildə dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunaraq, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayətin baş vermə səbəblərinin dəqiqləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 42513
avatar

Mehman Nəbiyev

Oxşar yazılar