Gəncədə quldurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, martın 8-də naməlum şəxslər şəhər sakini Z.Namazovu bıçaqla hədələyib 1130 manat, 200 ABŞ dolları pulunu və 2 ədəd mobil telefonunu quldurluq yolu ilə əlindən alıblar.
Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisədə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Daşkəsən rayon sakini R.Mirzəyev və Göygöl rayon sakini A.Sadıxov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.