Evdən silah oğurladı, maşın qaçırdı
03 iyul 2021 13:45 (UTC +04:00)

Evdən silah oğurladı, maşın qaçırdı

İyunun 30-na keçən gecə Abşeron rayonu ərazisindəki evlərin birindən 1300 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Dadaşov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onun digər evdən 2 ədəd ov tüfəngi oğurlaması və L.Nağıyevə məxsus “Nissan” markalı avtomobili qaçırması da müəyyən edilib.

Polis əməkdaşları A.Dadaşovdan tüfəngləri götürüb, avtomobil isə Masazır qəsəbəsi ərazisində tapılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1356
avatar

Oxşar yazılar