Aprelin 22-də Abşeron rayonu ərazisindəki evlərin birindən 4250 manat oğurlanıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Xırdalan şəhər sakini A.Quluzadə və Sumqayıt şəhər sakini F.Həsənzadə saxlanılıblar.