Abşeronda ev qarət olunub.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, fevralın 22-də Abşeron rayonu ərazisindəki evlərin birindən 25.500 manat pul və 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini G.Niftalıyeva saxlanılıb.