Elçin Qasımov
15 fevral 2021 10:39 (UTC +04:00)

Elçin Qasımov

Ərzaq mağazasında narkotik satırdı - FOTO

Lənkəranda ərzaq dükanında narkotik saxlayan rayon sakini saxlanılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Lənkəran şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Elçin Qasımov narkotik vasitə qurudulmuş marixuananı satarkən cinayət başında saxlanılıb. Üzərinə keçirilən baxış zamanı 3 kibrit qutusunda çəkisi 14 qrama yaxın qurudulmuş marixuana aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq E.Qasımova məxsus Lənkəran şəhəri ərazisində yerləşən ərzaq mağazasına keçirilən baxış zamanı oradan 70 ədəd kibrit qutusunda və 3 ədəd bağlamada ümumilikdə 1 kiloqram 780 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma apaılır.

# 1743
avatar

Mehman Nəbiyev

Oxşar yazılar