Ermənistanda cinayətkar qruplaşmalara qarşı əməliyyat keçirilib.
Lent.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, tutulanların sayı 7 nəfərdir və onlardan ikisi “qanuni oğru”dur.
Qruplaşmaya S.A.O. adlı “qanuni oğru” rəhbərlik edib. O, müxtəlif iş adamlarından hədə-qorxu ilə pul toplamaqda ittiham olunur.